Tərtərdə baş verən qətlin təfərrüatları məlum olub...
"Report"un Qarabağ bürosu xəbər verir ki, Poladlı kənd sakini 1957-ci il təvəllüdlü Şəhriyar Hüseynov bu gün səhər saatlarında 1990-cı il təvəllüdlü Hafizə Rzayevanı güllələyərək qətlə yetirib.
Qətli törətməkdə şübhəli bilinən Ş.Hüseynov səhər saatlarında təkidlə oğlunun işə getməsini tələb edib. Bir müddətdən sonra isə oğluna zəng edərək törətdiyi hadisə barədə məlumat verib. Bildirilir ki, qətlə yetirilən gəlin bir müddətə qədər Ağdam-Bərdə yolu kənarında olan ticarət mərkəzində satıcı işləyib. Bir neçə gün öncə ailəsinin təkidilə işdən çıxıb.
Şəhriyar Hüseynov polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.
Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
***
Tərtərin Poladlı kəndində 1990-cı il təvəllüdlü Rzayeva Hafizəni qətlə yetirməkdə şübhəli bilinən 1957-ci il təvəllüdlü Şəhriyar Hüseynov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.
***
Tərtərdə qətl hadisəsi baş verib.
APA-nin yerli müxbirinin xəbərinə görə, hadisə rayonun Poladlı kəndində qeydə alınıb. İlkin məlumata görə, kənd sakini gəlinini qətlə yetirib.
Faktla bağlı araşdırma aparılır.
APA-nın əldə etdiyi məlumata görə, hadisə ailə-məişət münaqişəsi zəminində baş verib. Hadisəni törədən şəxsin kənd sakini Şəhriyar Hüseynov olduğu bildirilir. Onun gəlini Hafizə Rzayevanı qətlə yetirdiyi bildirilir.
Poliqon.info